İDMAN

18 Yanvar

“Qarabağ”ın istədiyi futbolçunu “Ferentsvaroş” transferə çıxarıb

“Qarabağ”ın heyətinə qatmaq istədiyi futbolçu Frank Bolini Macarıstan klubu “Ferentsvaroş” transferə çıxarıb.

Fins.az xəbər verir ki, bunu Budapeşt təmsilçisinin idman direktoru Tamaş Haynal yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, baş məşqçi Stanislav Çerçesovla bu məsələni müzakirə ediblər və müqavilə müddəti mövsümün sonuna qədər olan 30 yaşlı hücumçunu qış fasiləsində satmaq qərarına gəliblər: “Baş məşqçi və futbolçularla çox danışdıq, digər komandalarla da daim əlaqədəyik. Boli zədə səbəbindən hazırda kollektivlə birgə deyil. Ona hər hansı bir maraq varsa, peşəkar nöqteyi-nəzərdən təklifi dəyərləndirməyə hazırıq”.

Qeyd edək ki, “Qarabağ” Frank Bolini qış fasiləsində transfer etmək niyyətindədir. Ağdam klubunun hücumçusu Kvabena Ovusu mövsümün sonu üçün “Ferentsvaroş”la anlaşıb.