Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” klubu 5 futbolçusunu satmağa hazırlaşır.
Fins.az-ın “vecernji.hr”ə istinadən məlumatına görə, Zaqreb təmsilçisi aparıcı oyunçuları üçün təkliflər alıb.
Qış fasiləsində Avropanın başqa klublarına transfer edilməsi ehtimalı yüksək göstərilənlər qapıçı Dominik Livakoviç, müdafiəçi Boşko Şutalo, yarımmüdafiəçilər Ariyan Ademi, Luka İvanuşets və hücumçu Bruno Petkoviçdir.
“Dinamo” rəhbərliyi adıçəkilən oyunçuları satarsa, boşluğu akademiyanın gəncləri ilə dolduracaq. Rəhbərlik transferlərə yüksək məbləğdə pul xərcləmək fikrində deyil.
Xüsusən də, Petkoviçin gedişi ilə komandada cəmi 2 hücumçu qalacaq və Mahir Emreli əsas heyət üzvünə çevriləcək.