“Qarabağ”ın futbolçusu Leandro Andradenin meneceri Uqo Kayudo Rusiyanın “Krasnodar” klubuna transfer olunma variantına aydınlıq gətirib.
Fins.az Report-a istinadla “euro-futbol.ru”ya istinadən xəbər verir ki, agent adıçəkilən klubdan rəsmi təklif almadıqlarını bildirib.
O, məsələdən xəbərsiz olduqlarını etiraf edib: “Rusiyadan bizimlə heç kim əlaqə saxlamayıb. Bəlkə də, klub maraqlanır, amma mən bu barədə heç nə bilmirəm”.
Qeyd edək ki, “Krasnodar” “Qarabağ”ın digər yarımmüdafiəçisi Kadi Borgesi transfer edib. Leandro Andradenin Azərbaycan təmsilçisi ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.