“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçika “Gent”i bir futbolçusu ilə yollarını ayırıb.
Fins.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Andreas Xançe-Olsen karyerasını Almaniyada davam etdirəcək.
Norveç millisinin üzvü Bundesliqa təmsilçisi “Maynts”la anlaşıb. Almaniya klubu 26 yaşlı mərkəz müdafiəçisi ilə 3,5 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab görüşü isə 23-də Gentdə baş tutacaq.