Atletika üzrə 8 qat olimpiya və 11 qat dünya çempionu Useyn Bolt “Stocks and Securities Limited” Yamayka investisiya şirkətindəki hesabından bir neçə milyon dollar itirib.
Fins.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə idmançının meneceri Nadjet Uoker "Gleaner" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Bolt hesabları arasındakı uyğunsuzluğu çərşənbə günü öyrənib: “Vəziyyəti düzəltmək üçün bütün lazımi addımlar atılıb. Lakin olimpiya çempionuna vurulan maddi zərərin dəqiq məbləğini açıqlaya bilmərəm”.
Nəşr hesab edir ki, bu işdə fırıldaqçılıqla məşğul olan şirkətin keçmiş əməkdaşının əli ola bilər.
Qeyd edək ki, Useyn Bolt 2017-ci ildə karyerasını başa vurub.