Bakı ilk dəfə Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində sprint yarışına ev sahibliyi edəcəyi üçün bütün tribunalara böyük maraq var. Hər zaman olduğu kimi, “Abşeron” azarkeşlərin sevimli tribunasıdır.
Fins.Az-ın məlumatına görə, yarışın təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AZƏRTAC-a bildiriblər ki, “Sahil” və “Filarmoniya” tribunalarına da böyük maraq var, burada yerlər artıq limitli saydadır. Ötən illərlə müqayisədə bu il “İçərişəhər”, “Azneft” və digər tribunalara bilet satışında canlanma müşahidə olunur.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi bu il aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.