Fransa PSJ-sinin sahibi olan “Qatar Sports Investments” İngiltərədə klub almaq istəyir.
Fins.az “Report”a istinadən xəbər verir ki, investisiya qrupu konkret olaraq üç klubla maraqlanır.
Qətərlilər “Mançester Yunayted”, “Liverpul” və ya “Tottenhem”in səhmlərinə tam şəkildə sahib olmağı planlaşdırırlar. PSJ-nin prezidenti və şirkətin baş direktoru Nasser əl-Xelayfi bu həftə “Tottenhem”in rəhbəri Daniel Levi ilə danışıqlar da aparıb.
Qeyd edək ki, “Qatar Sports Investments” 2011-ci ildən PSJ-nin sahibidir.