İDMAN

06 Yanvar

“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

“Mançester Siti” İngiltərə Premyer Liqasının XIX turunda “Çelsi”ni 1:0 hesabı ilə məğlub etməklə 63 illik rekordu təkrarlayıb.

Fins.az xəbər verir ki, “şəhərlilər” London təmsilçisinə ardıcıl 4-cü matçda qalib gələrək buna nail olub.

Pep Qvardiolanın kollektivi “zadəganlar”ı ardıcıl 4 qarşılaşmada üstələyən ikinci komanda kimi tarixə düşüb. İlk dəfə 1958-1960-cı illər aralığında “Bolton” bu göstəriciyə imza atıb.

Qeyd edək ki, “Mançester Siti” bundan əvvəl İngiltərə Liqa Kubokunda (2:0) və Premyer Liqada (1:0, 1:0) “Çelsi”ni məğlub edib. Bu komandalar yanvarın 8-də İngiltərə Kubokunun III raundunda üz-üzə gələcəklər.