İDMAN

29 Dekabr

DÇ-2022-nin ən yaxşı hakimi o seçildi

İtaliyalı Daniele Orsato 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatının ən yaxşı hakimi seçilib.

Fins.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.

Hakim “Ciulio Kampanati” mükafatına layiq görülüb.

İtaliyalıya səs verən münsiflər heyətinin fikrincə, o, çalışdığı turnirin üç oyununda qüsursuz hakimlik səviyyəsi nümayiş etdirib.

Orsato DÇ-2022-nin üç oyununu idarə edib. O, Qətər - Ekvador (0:2), qrup mərhələsinin ikinci turunda Argentina - Meksika (2:0) və Argentina - Xorvatiya arasında 3:0 hesabı ilə başa çatan yarımfinal oyununlarına hakimlik edib.

Qeyd edək ki, “Ciulio Kampanati” mükafatı 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatından sonra Kampanati İtaliya Arbitraj Assosiasiyasının prezidentinin xatirəsinə təsis edilib. Mükafat dünya və Avropa çempionatlarının ən yaxşı hakimlərinə verilir.