Norveçli qrossmeyster Maqnus Karlsen Qazaxıstanın paytaxtı Alma-Atada keçirilən sürətli şahmat üzrə dünya çempionatının qalibi olub.
Fins.az xəbər verir ki, 13 turun yekunlarına görə, klassik şahmat üzrə mövcud dünya çempionu 10 xal toplayıb.
Bütün turnir ərzində o, rusiyalı qrossmeyster Vladislav Artemiyevdən bir məğlubiyyət alıb, səkkiz qələbə qazanıb və dörd dəfə heç-heçə edib.