İDMAN

28 Dekabr

Braziliya klubu Peleyə görə loqosunu dəyişir

Braziliyanın "Santos" klubu yaxın vaxtlarda loqosunu dəyişdirəcək.

Fins. az Seria A təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, loqoya əfsanəvi futbolçu Pelenin şərəfinə tac əlavə olunacaq.

Qeyd edək ki, 82 yaşlı keçmiş forvard dekabrın əvvəlindən xəstəxanadadır. Onun vəziyyəti son günlər daha da pisləşib. Pele tarixdə üçqat dünya çempionu olmuş yeganə oyunçudur. O, 1958, 1962 və 1970-ci illərdə buna nail olub. Braziliyalı hücumçu FIFA-nın versiyasına əsasən, XX əsrin ən yaxşı futbolçusu hesab edilib.