İDMAN

23 Dekabr

FIFA Nüsret Gökçe haqqında araşdırma başlatdı

Dünya çempionatının finalından sonra icazəsiz meydana çıxan tanınmış türkiyəli aşpaz Nüsret Gökçe FİFA-nın hədəfinə tuş gəlib.

Təşkilat onun Qətərdəki davranışı səbəbindən araşdırma başladıb.

Qeyd edək ki, futbol üzrə dünya çempionatının keçirildiyi ölkədə restorana sahib Nüsret Argentina - Fransa finalından sonra meydançaya daxil olaraq futbolçular və Dünya Kuboku ilə foto və videolar çəkdirərək sosial şəbəkə səhifəsində yayıb.

FIFA aşpazın meydançaya necə daxil olmasını araşdırmaq niyyətindədir.

 

Mənbə: NTV