İDMAN

20 Dekabr

DÇ-2022-nin daha bir rəmzi komandası açıqlandı

“WhoScored” statistik portalı Qətərdə başa çatan DÇ-2022-nin ən yaxşı oyunçularından ibarət rəmzi  komandanı tərtib edib.

“Qafqazinfo” xəbər verir ki, Argentina yığmasının hücumçusu Lionel Messi və Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeşin hər biri 10 ballıq sistemlə ən yüksək qiyməti alıblar -  8,2 bal.

Qapıçı: Voyçex Şensnı (Polşa, 7,9 xal)

Müdafiəçilər: Teo Hernandes (Fransa, 7,2), Rodri (İspaniya, 7,4), Harri Maquayr (İngiltərə, 7,4), Aşraf Hakimi (Mərakeş, 7,0)

Yarımmüdafiəçilər: Kazemiro (Braziliya, 7,5), Brunu Fernandeş (Portuqaliya, 8,2), Jud Bellinqem (İngiltərə, 7,6) 

Hücumçular: Antuan Qrizmann (Fransa, 7,5), Lionel Messi (Argentina, 8,2), Kilian Mbappe (Fransa, 8,0)