İDMAN

20 Dekabr

Braziliyalı futbolçular Neymarın millidəki karyerasını bitirməsini istəmirlər

Fransanın PSJ klubunun futbolçusu Neymar Braziliya millisində çıxışını davam etdirəcək.

30 yaşlı forvard yığmadakı karyerasını bitirmək qərarına gəlsə də, komanda yoldaşları onu fikrindən daşındırmağa nail olublar.

Təcrübəli forvardın Qətərdəki dünya çempionatının 1/4 finalında Xorvatiyaya məğlubiyyətdən sonra “pentakampeonlar”ın şərəfini qorumaqdan imtina edəcəyi ilə bağlı məlumat yayılmışdı. İddiaya görə, ulduz futbolçu milli komanda ilə birdəfəlik vidalaşmaq niyyətində olmasa da, bir müddət yığmadan kənarda qalmaq istəyirdi.

Lakin futbolçu yoldaşlarının təkidindən sonra Neymar Braziliya seçməsində qalmağa razılıq verib.

Sports.ru