Qətərdə keçirilən futbol üzrə dünya çempionatının gümüş mükafatçısı Fransa millisinin turnirdən qazancı açıqlanıb.
Belə ki, FIFA Fransa Futbol Federasiyasına 29 milyon avro vəsait köçürüb.
Öz növbəsində Fransa Futbol Federasiyası vəsaitin yalnız 30 faizini komandaya verib.
Beləliklə, Fransa millisinin hər futbolçusu 288 min avro pul alıb.
Pul mükafatının yerdə qalan 70 faizi isə həvəskar futbolun təşkili və inkişafının maliyyələşdirilməsinə sərf olunacaq.
Xatırladaq ki, turnirin qalibi Argentina millisi isə 41 milyon avro qazanıb.
Mənbə: RMC Sport