Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatında qol sayında rekord qeydə alınıb.
Mundialda ümumilikdə qapılara 172 qol vurulub.
1998 və 2014-cü ildəki yarışda oyunçular 171 dəfə fərqləniblər.
Bundan əlavə, turnir tarixində ilk dəfə bombardirlər eyni klubu (PSJ, Fransa) təmsil edib. Argentinalı Lionel Messi 7, fransalı Kilian Mbappe 8 qola imza atıb.
Qeyd edək ki, Argentina yığması finalda Fransanı məğlubiyyətə uğradıb.