İDMAN

16 Dekabr

Mahir Emrelinin komandası ilin ən yaxşısı seçilib

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya klubu “Dinamo” Zaqrebdə ilin ən yaxşı kişi komandası seçilib.

Zaqreb Şəhər İdman Assosiasiyası təntənəli mərasimlə qalibləri mükafatlandırıb.

“Dinamo” il ərzində Xorvatiya çempionluğunu, ölkə Superkubokunu qazanmaqla, eyni zamanda, 2021/2022 mövsümündə Avropa Liqasının pley-offunda və 2022/2023 mövsümündə Çempionlar Liqasının qrupunda iştirak etməklə bu uğura layiq görülüb. Mükafatlandırma mərasimində Emreli də daxil olmaqla, əksər futbolçular iştirak ediblər.

Qeyd edək ki, “Dinamo” Xorvatiya çempionatında 16 oyunda topladığı 41 xalla turnir cədvəlinə başçılıq edir. Mahir Emreli cari mövsüm bütün turnirlərdə 10 matça çıxıb, 3 qola imza atıb.