FIFA dünya çempionatlarının iki ildən bir keçirilməsi ideyasını dəstəkləməyib.
Fins.az xəbər verir ki, bu barədə ali futbol qurumunun qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Venger "LEquipe" nəşrinə müsahibəsində bildirib.
Fransalı mütəxəssis FIFA-nın ondan bu məsələ haqqında düşünməyi xahiş etdiyini söyləyib: "Mən pis fikir olmadığını düşündüm. Amma bu, təqvimin tam yenidən qurulmasını tələb edəcək. Biz mundialların 4 ildən bir keçirilməsini hədəfləyirik. Dünya çempionatı, getdikcə əhəmiyyəti artan qadınlar arasında dünya çempionatı, Avropa çempionatı və klublararası dünya çempionatı da lazımdır".
Qeyd edək ki, FIFA daha əvvəl turnirin iki ildən bir baş tutmasını tövsiyə etmişdi.