İDMAN

05 Dekabr

Ramil Şeydayev Mbappe və Keynə şərik çıxıb

Avropa ölkələrinin yüksək liqalarında ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Fins.az-ın məlumatına görə, “Top-50”də azərbaycanlı futbolçu da yer alıb.

Bu, Misli Premyer Liqasının bombardiri olan “Qarabağ”ın hücumçusu Ramil Şeydayevdir. 12 qol vuran forvard 44-cü yerə şərikdir.

Ramil kimi 12 qola imza atan oyunçular arasında Kilian Mbappe (PSJ), Harri Keyn (“Tottenhem”) və Kristoffer Nkunku (“Leypsiq”) kimi ulduzlar da var. Bu futbolçular Ramilin şərikləridir.

Qeyd edək ki, siyahıya Belarus çempionatında 26 qol vuran “Energetik”in özbəkistanlı legioneri Bobur Abdixolikov başçılıq edir.

© APAsport