Bu gün DÇ-2022-də B qrupunda mübarizəyə yekun vurulub.
Qrup mərhələsinin III turunun hər iki oyunu eyni vaxtda start götürüb.
1/8 finala iki vəsiqənin sahibinin müəyyənləşəcəyi qarşılaşmalarda bütün komandaların qrupdan çıxmaq şansı qalmışdı.
Britaniyalıların duelində İngiltərə Uelsə heç bir şans verməyib. 3:0 hesabı ilə qalib gələn ingilislər qrup qalibi kimi adını növbəti mərhələyə yazdırıb.
Təkcə günün deyil, bəlkə də bütün qrup mərhələsinin ən prinsipial duelində İranla ABŞ qarşılaşıb. Üç xal qazanacaq komanda 1/8 finala yüksələcəkdi. Bu gərgin qarşıdurmanın taleyini bir qol həll edib. Kristian Pulişiçin qolu amerikalıları 1/8 finala yüksəldib.
Qeyd edək ki, III turun ilk oyun günündən sonra A qrupundan Niderland və Seneqal növbəti mərhələyə adlayıb.
DÇ-2022, qrup mərhələsi
B qrupu
III tur, 29 noyabr
23:00. Uels – İngiltərə 0:3
Qollar: Markus Reşford, 50, 68, Fil Foden, 51
23:00. İran – ABŞ 0:1
Qol: Kristian Pulişiç, 38