İDMAN

29 Noyabr

Yuventusun yeni prezidenti bəlli olub

İtaliyanın "Yuventus" klubunun yeni prezidenti bəlli olub.

Fins.az xəbər verir ki, bu barədə Turin təmsilçisinə nəzarət edən "Exor" holdinq qərar çıxarıb.

"Qoca sinyora" Canluka Ferreroya tapşırılacaq. O, bir çox şirkətlərdə - "Fincantieri", "Lavazzara", "Biotronik", "Praxi", "Gedi", "Nuo", "Fenera" və "Lifenet"də menecer, mühasib və auditor kimi çalışıb. Ferrero "Piedmont" bankının da vitse-prezidentidir.

Qeyd edək ki, ötən gün "Yuventus"un prezidenti Andrea Anyelli və vitse-prezidenti Pavel Nedved istefa verib.