İDMAN

29 Noyabr

UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

UEFA-nın Apelyasiya Komitəsi Avropa Liqasının qrup mərhələsinin V turunda keçirilən “Nant” - “Qarabağ” oyununda azarkeşlərin davranışına görə cəzalandırılan Fransa klubunun şikayətini qismən təmin edib.

Fins.az-ın məlumatına görə, qitə futbol qurumu “Nant”a tətbiq olunan “Luara” tribunasının bağlanması qərarını ləğv edib.

Azarkeşlərin Azərbaycan çempionu ilə görüşdə petardalardan istifadəsinə görə İntizam Komitəsi tərəfindən verilən qərar qüvvədən düşüb. Ancaq “Nant” buna görə, 50 min avro cərimə ödəməli olacaq. Bu isə o deməkdir ki, Avropa Liqasının pley-off mərhələsində “Yuventus”la fevralın 23-də keçiriləcək ev matçı dolu tribunalar önündə keçirilə bilər.

Qeyd edək ki, Fransadakı oyun “Nant”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fransızlar qrup ikincisi kimi pley-offa yüksəlibsə, “Qarabağ” mübarizəni Konfrans Liqasının pley-offunda davam etdirəcək.