İDMAN

24 Noyabr

Qavi Peleden sonra mundiallar tarixində qol vuran ən gənc futbolçudur

İspaniya millisinin yarımmüdafiəçisi Qavi Braziliya yığmasının əfsanəvi hücumçusu Peleden sonra dünya çempionatlarında qol vuran ən gənc futbolçu olub.

O, Qətərdəki mundialda Kosta Rikanı 7:0 hesabı ilı darmadağın etdikləri E qrupunun I tur matçında fərqlənərkən 18 yaş 110 günlüyündə olub. Qavi komandasının 5-ci qoluna imza atıb.

Pele isə 1958-ci il dünya çempionatının finalında İsveç yığması ilə görüşdə (5:2) dubl edərkən 17 yaş 249 günlüyündə olub.

Qavi dünya futbolunun tarixində ən gənc qol müəllifi olan futbolçuların siyahısında isə 3-cüdür. O, Pele ilə yanaşı, 1930-cu ildə Argentinaya 18 yaş 93 günlüyündə qol vuran meksikalı Manuel Rosasdan da geri qalır.

Mənbə: OPTA