İDMAN

22 Noyabr

DÇ-2022: Almaniya millisi itki ilə üzləşib

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının I turunda Yaponiya seçməsi ilə üz-üzə gələcək Almaniya millisi itki ilə üzləşib.

Fins.az xəbər verir ki, yığmanın aparıcı üzvrlərindən Leroy Sane zədə səbəbindən oyunu buraxacaq.

26 yaşlı vinger dizindəki problem ucbatından komandanın son məşqində də iştirak etməyib. Onu sol cinahda Camal Musialanın əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, noyabrın 23-də oynanılacaq Almaniya - Yaponiya qarşılaşması Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.