İDMAN

22 Noyabr

FIFA Qətərdəki stadionların azarkeş tutumu ilə bağlı çaşqınlığa aydınlıq gətirib

FIFA Qətərdə keçirilən dünya çempionatındakı stadionların tutumu ilə bağlı yaranan çaşqınlığa aydınlıq gətirib.

Qətər və Ekvador yığmaları arasında keçirilmiş açılış matçından əvvəl arenanın 60 min tutumlu olduğu bildirilsə də, tribunalarda 67 min 732 tərəfdarın olduğu qeyd edilib.

FIFA bildirib ki, 40 min azarkeş tutumu qurumun tələblərinə cavab verən rəqəmdir. Son tutum stadion hazırlıqları başa çatandan sonra müəyyən edilir.