Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Qətərdə keçirilən dünya çempionatı davam edərkən daha bir mövzu ilə bağlı araşdırma aparıb.
Fins.az-ın məlumatına görə, mundiallar tarixinin ən çox qol vurulmuş oyunları açıqlanıb.
B qrupunun İngiltərə - İran (6:2) qarşılaşması da həmin siyahıya düşüb.
İlk sırada 1954-cü ildə Avstriya və İsveçrə komandaları arasında keçirilmiş 1/4 final qarşılaşması yer alıb. Həmin görüşdə 12 qol qeydə alınıb.
Vaxt | Mərhələ | Oyun | Goals | |
26/06/1954 | 1/4 final | Avstriya - İsveçrə 7:5 | 12 | |
05/06/1938 | 1/8 final | Braziliya - Polşa 6:5 əlavə vaxt | 11 | |
20/06/1954 | Qrup | Macarıstan - Almaniya 8:3 | 11 | |
14/06/1982 | Qrup | Macarıstan - El Salvador 10:1 | 11 | |
08/06/1958 | Qrup | Fransa - Paraqvay 7:3 | 10 | |
19/07/1930 | Qrup | Argentina - Meksika 6:3 | 9 | |
17/06/1954 | Qrup | Macarıstan - Cənubi Koreya 9:0 | 9 | |
23/06/1954 | Qrup | Almaniya - Türkiyə 7:2 | 9 | |
28/06/1958 | üçüncü yer uğrunda görüş | Fransa - Almaniya 6:3 | 9 | |
27/05/1934 | 1/8 final | İtaliya - ABŞ 7:1 | 8 | |
12/06/1938 | 1/4 final | İsveç - Kuba 8:0 | 8 | |
02/07/1950 | Qrup | Uruqvay - Boliviya 8:0 | 8 | |
09/07/1950 | Final qrupu | Braziliya - İsveç 7:1 | 8 | |
17/06/1954 | Qrup | İngiltərə - Belçika 4:4 əlavə vaxt | 8 | |
03/06/1962 | Qrup | SSRİ - Kolumbiya 4:4 | 8 | |
23/07/1966 | 1/4 final | Portuqaliya - Şimali Koreya 5:3 | 8 | |
01/06/2002 | Qrup | Almaniya - Səudiyyə Ərəbistanı 8:0 | 8 | |
08/07/2014 | Yarım final | Braziliya - Almaniya 1:7 | 8 | |
21/11/2022 | Qrup | İngiltərə - İran 6:2 | 8 |