İDMAN

22 Noyabr

DÇ-nin bu oyunundakı azarkeş sayı sual yaratdı - Fotolar

Dünya çempionatının qrup mərhələsində qarşılaşan Seneqal – Niderland oyunu ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Fins.az xəbər verir ki, avropalıların 2:0 hesablı qələbəsi ilə başa çatan matçdan sonra rəsmi protokolda oyunu 41 min 721 azarkeşin izlədiyi yazılıb. 

Lakin maraqlısı budur ki, qarşılaşmanın keçirildiyi “Əl Tumama” stadionu 40 min nəfərlik tutuma malikdir. Üstəlik, oyun vaxtı tribunalarda boş yerlərin çox olması diqqət çəkib. 

Rəsmi qeydlərdə 41 min 721 azarkeş yazılması isə dünya mediasının gündəminə çevrilib.