Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu - sonuncu mərhələsində növbəti görüşünü keçirib.
Fins.az-ın məlumatına görə, 37 yaşlı qrosmeyster final raundunun III turunda dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.
Matçın ilk üç partiyası norveçli şahmatçının qələbəsi ilə başa çatdığından sonuncu – 4-cü partiyaya gərək qalmayıb.
Hazırda üç xalı olan Məmmədyarov turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Təcrübəli şahmatçı növbəti turda hindistanlı Ergaisi Arjun ilə üz-üzə gələcək.
Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.