Futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək.
Fins.az xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olacaq.
Kişineudakı “Zimbru” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edəcək.
Bu, iki kollektiv arasında sayca 12-ci oyun olacaq. Əvvəlki 11 görüşün 2-də Azərbaycan, 4-də Moldova qələbə qazanıb. 5 matçda isə qalib müəyyənləşməyib.
Yoldaşlıq oyunu
16 noyabr
21:00. Moldova - Azərbaycan
Hakimlər: Denis Şurman, Aleksandr Jukov, Viktor Nijnik, Roman Jitari (Ukrayna)
Kişineu, “Zimbru” stadionu
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.