İDMAN

16 Noyabr

Mundialın ən yaşlı və ən gənc oyunçuları məlum oldu

FİFA 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatı üçün bütün milli komandaların heyətlərini təsdiqləyib.

Qarşıdan gələn Dünya Çempionatının ən yaşlı oyunçusu Meksika millisinin hazırda 40 yaşı olan qapıçısı Alfredo Talavera olacaq.

Mundialın ən yaşlı futbolçuların ilk beşliyi aşağıdakı adlardan ibarətdir:

1. Alfredo Talavera - 40 yaş (18.09.1982), Meksika millisi;

2. Atiba Hatçinson - 39 yaş (02/08/1983), Kanada millisi;

3. Pepe - 39 yaş (26.08.1983), Portuqaliya millisi;

4. Kavaşima - 39 yaş (20.03.1983), Yaponiya millisi;

5. Dani Alveş - 39 yaş (05.06.1983), Braziliya millisi.

Yaşlılarla yanaşı, qarşıdan gələn Dünya Çempionatının ən gənc oyunçuları da bəlli olub. Siyahıya Almaniya millisindən Yusuf Mukoko başçılıq edir. O, 20 noyabr 2004-cü ildə anadan olub. 2022-ci il Dünya Çempionatının başladığı gün futbolçunun 18 yaşı tamam olacaq.

Həmçinin, siyahıda Avstraliya milli komandasının hücumçusu Qaranq Kuol (doğum tarixi - 15 sentyabr 2004-cü il) və İspaniya milli komandasının yarımmüdafiəçisi Qavi (6 avqust 2004-cü il) də yer alıb.

Mənbə: championat.com