Böyük Britaniyada sanksiyaya məruz qalan rusiyalı iş adamı Roman Abramoviç sahibi olduğu “Çelsi” futbol klubunu sata biləcək, lakin bundan qazanc əldə etməyəcək.
Fins.az TASS-a istinadən xəbər verir ki, sanksiya səbəbilə London klubunun satışı dayandırılacaq.
Əlavə edək ki, Abramoviç martın 2-də klubu satmaq istədiyini açıqlayıb. Hökumət satış üçün xüsusi lisenziya verərsə, bu proses bərpa oluna bilər. Lakin belə olarsa, klubun satışından əldə olunan vəsait Abramoviçin hesabına verilməyəcək.