Madridin “Real” klubu pandemiyaya görə 300 milyon avro itirib.
Bu barədə klubun 2020-2021-ci illər mövsümü üçün maliyyə hesabatında qeyd olunub. Bununla belə görülmüş tədbirlər nəticəsində klub öz maliyyə göstəricilərini ötən illə müqayisədə yaxşılaşdırıb.
Belə ki, “Real” ötən il 313, bu il isə 874 min avro gəlir əldə edib. Bu il ərzində klub maaşları 58 milyon avro, əməliyyat xərclərini 62 milyon avro azaldıb, həmçinin futbolçu satışlarından 175 milyon avro qazanıb.