Beynəlxalq Futbol Tarixi və Statistikası İnstitutu (IFFHS) Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) son on ildə ən yaxşı futbol klublarının reytinqini hazırlayıb.
“Vesti” portalının məlumatına görə, siyahıya İspaniyanın “Barselona” klubu başçılıq edir. İkinci yerdə onun həmyerlisi “Real”, üçüncü yerdə isə Almaniyanın “Bavariya” klubu qərarlaşıb.
Xatırladaq ki, son on ildə “Barsa” 2, “Real” 4, “Bavariya” isə yalnız 1 dəfə qitənin əsas klub mükafatı olan Çempionlar Liqası kubokunu qazanıb.
İlk onluğa həmçinin PSJ, “Atletiko”, “Yuventus”, “Çelsi”, “Mançester Siti”, “Mançester Yunayted” və “Arsenal” daxil olub.