İDMAN

01 Fevral

“Liverpul” Türkiyə millisinin müdafiəçisini alır

Almaniyanın “Şalke” klubunun müdafiəçisi Ozan Kabak karyerasını İngiltərədə davam etdirə bilər.

Türkiyə millisinin üzvü “Liverpul”un maraq dairəsinə düşüb.

“Qırmızılar”ın baş məşqçisi Yurgen Klopp müdafiə xəttində yaranan problemlərin həlli üçün rəhbərlikdən 21 yaşlı oyunçunun keçidini tələb edib. Klublar arasında danışıqlara artıq start verilib. “Liverpul” “transfer pəncərəsi”nin son günündə bu keçidi reallaşdırmağa çalışır. Transfer baş tutarsa, Ozan mövsümün sonuna qədər icarə əsasında “Liverpul”da çıxış edəcək. Ancaq ingilislər yayda onu birdəfəlik transfer etmək məcburiyyətindədir.

“Şalke” qarşı tərəfin təklifini qəbul etsə, icarə qarşılığında 2,5 milyon, mövsümün sonunda isə transfer müqabilində 25 milyon funt-sterlinq qazanacaq.