“Alanyaspor”un hücumçusu Salih Uçan karyerasını “Qalatasaray”da davam etdirəcək.
Bunu 27 yaşlı forvardın sabiq baş məşqçisi Sait Karafırtınalar deyib.
“Bucaspor”da olarkən Salihə rəhbərlik edən mütəxəssis onun “Qalatasaray”la mövsümün sonu üçün anlaşdığını söyləyib: “Salih mövsümün sonunda “Qalatasaray”a keçəcək. Onun böyük klubda oynamaq təcrübəsi var, “Fənərbaxça” və “Roma”da çıxış edib. Salihin “Qalatasaray”da uğurlu olacağını düşünürəm”.
Qeyd edək ki, Salih Uçan “Alanyaspor”a 2019-cu ildə “Empoli”dən keçib.