İDMAN

25 Yanvar

NBA-da uzun müddətdən sonra rekord qeydə alındı

Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Boston"un oyunçusu Ceylen Braun yeni rekorda imza atıb.

24 yaşlı hücumçu bunu "Klivlend"lə matçda gerçəkləşdirib.

Braun 19 dəqiqə ərzində 33 xal toplayıb. Bu, 1954/1955 mövsümündə rəqəmsal vaxt sayğacının tətbiq olunmasından sonra NBA-da 20 dəqiqə ərzindəki ən yaxşı göstəricidir

Qeyd edək ki, qarşılaşma "Boston"un 141:103 hesablı qələbəsi ilə başa çatıb.