İngiltərənin “Brentford” klubunun hücumçusu Halil Dərvişoğlu karyerasını tarixi vətəni Türkiyədə davam etdirəcək.
Gənc futbolçu “Qalatasaray”la anlaşıb.
Bunu Türkiyənin U-21 millisinin üzvünün atası Muzaffer Dərvişoğlu açıqlayıb. Oğlunun menecerliyini edən Dərvişoğlu İstanbul klubu ilə ortaq məxrəcə gəldiklərini və müqavilə imzalayacaqlarını söyləyib.
Qeyd edək ki, Niderlandda anadan olan və futbolun sirlərini orada öyrənən Halil Dərvişoğlu Çempionşip təmsilçisi “Brentford”a ötən ilin əvvəlində “Sparta”dan keçib. 21 yaşlı forvard cari mövsümün ilk yarısını icarə əsasında “Tvente”də keçirib.