İngiltərə Premyer Liqasının XVIII turunda “Fulhem”in qonağı olan “Mançester Yunayted” 2:1 hesablı qələbə qazanıb.
“Qırmızı şeytanlar”ın hücumçusu Edinson Kavani komandasının ilk qolunu vurmaqla tarixə düşüb.
21-ci dəqiqədə fərqlənən kolumbiyalı forvard “mankunianlar”ın heyətində ilk 4 qolunun hamısına səfərdə imza atmaqla yeni rekord müəyyənləşdirib.
Qeyd edək ki, “Mançester Yunayted” hazırda 40 xalla Premyer Liqaya başçılıq edir. Kavani mançesterlilərə mövsümün əvvəlində PSJ-dən keçib.