İDMAN

19 Yanvar

"Milan" Mancukiçin transferini açıqladı

İtaliya "Milan"ı heyətini yeni futbolçu ilə gücləndirib.

 "Qırmızı-qaralar" xorvatiyalı hücumçu Mario Mancukiçlə müqavilə imzalayıb.

35 yaşlı forvard ən azı 2020/2021 mövsümünün sonunadək Milan şəhərinin eyniadlı təmsilçisinin formasını geyinəcək. Təcrübəli oyunçu ilə sözləşmənin müddəti yayda daha 1 il müddətinə uzadıla bilər.

Qeyd edək ki, Mario Mancukiç daha əvvəl İtaliyada "Yuventus"un şərəfini qoruyub. O, həmçinin Almaniyada "Volfsburq" və "Bavariya", İspaniyada "Atletiko"nun uğurları üçün çalışıb. Hücumçu sonuncu dəfə martın 7-də Qətərin "Əl-Duhail" komandasının heyətində meydana çıxıb.