Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yanvarın 29-da Bakıda Slovakiya, fevralın 2-də isə Afinada Yunanıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Yanvarın 18-dən 30-dək Bakıda hazırlıq keçəcək millinin düşərgəsinə 20 futzalçı dəvət olunub. Heyətdə Ramiz Çovdarov, Rövşən Hüseynli (hər ikisi “Araz”), Emin Kürdov (EKOL), Rizvan Fərzəliyev, İsa Atayev, Xətai Bağırov, Hadi Ahmadi, Amir Şojae, Fineo De Araujo (hamısı “Araz”), Oqtay Rüstəmli (“Neftçi”), Tofiq Mikayılov (EKOL), Oruc Bəxşəlizadə, Kənan Manafov (hər ikisi “Neftçi”), Samir Həmzəyev (EKOL), Nihad İsmayılov, Oliveira Villiams (hər ikisi klubsuz), Eduardo Borges (“Halle Gooik”, Belçika), Everton Kardoso (“Levante”, İspaniya), Rafael Vilela (“Palma Futsal”, İspaniya) və Teles Martins Tyaqo (“Salines Tuzla City”, Bosniya və Herseqovina) yer alıblar.
Qeyd edək ki, Oliveira Villiams, Eduardo Borges, Everton Kardoso, Teles Martin Tyaqo və Rafael Vilela komandaya yanvarın 23-dən sonra qoşulacaqlar.