İDMAN

05 Oktyabr

Terim oyun bitmədən meydanı tərk etdi

Türkiyə Superliqasının 4-cü turunda ötən gün keçirilən “Kasımpaşa” – “Qalatasaray” oyunu bitmədən qonaqların baş məşqçisi Fatih Terim meydanı tərk edib.

Fins.az xəbər verir ki, 67 yaşlı mütəxəssis hakimlərin işinə etiraz olaraq bu addımı atıb. Terim baş hakim Cüneyt Çakırın 0:1 hesabı ilə uduzduqları oyuna artırdığı vaxtın azlığından şikayət edib.

Qeyd edək ki, “Qalatasaray” 4 oyuna 7 xalla 4-cü pillədə qərarlaşıb.