Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Kipr komandasının futbolçusu Niklas İoannu yığmamızla matçı buraxacaq.
Fins.az xəbər verir ki, bu barədə 25 yaşlı müdafiəçi "balla.com.cy" nəşrinə açıqlama verib. O, ölkəsinə yollana bilmədiyi üçün növbəti görüşləri buraxmalı olacağını deyib.
Hazırda İngiltərənin "Nottingem Forest" klubunda çıxış edən İoannu yalnız gözlənilməz hallar istisna olmaqla sözügedən ölkəni tərk edə biləcəyini vurğulayıb.
Bundan əlavə, oyunçu Çexiya ilə yoldaşlıq matçını da buraxacaq.
Qeyd edək ki, Kipr yığması oktyabrın 7-də Çexiya, 10-da Lüksemburq, 13-də isə Bakıda Azərbaycan millisi ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da start götürəcək.