"Səbail" futbolçusu Mabidi Çikito Lema ilə yollarını ayırıb.
Fins.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Konqo Demokratik Respublikasından olan oyunçuya azad agent statusu verilib.
Qeyd edək ki, Mabidi Çikito Lema bu ilin fevralında "Səbail"ə keçmişdi.