Millətlər Liqasının 4-cü turunda Azərbaycanla qarşılaşacaq Kipr yığmasına yeni oyunçu cəlb olunub.
Fins.az xəbər verir ki, AEK (Larnaka) klubunun müdafiəçisi Tomas İoannu komandaya qoşulub.
25 yaşlı futbolçu yığmaya gəlməkdən imtina edən İngiltərənin "Nottingem Forest" klubunun futbolçusu Nikolas İoannunu əvəzləyib.
Qeyd edək ki, Kipr yığması oktyabrın 7-də Çexiya, 10-da Lüksemburq, 13-də isə Bakıda Azərbaycan millisi ilə üz-üzə gələcək. Yığmamızla qarşılaşma saat 20:00-da start götürəcək.