"Qarabağ" bu gün Avropa Liqasında pley-off mərhələsinin oyununa çıxıb.
Fins.az xəbər verir ki, Ağdam klubu səfərdə Polşa "Legiya"sı ilə qarşılaşıb. Varşavanın "Voyska Polskoqo" stadionunda keçirilən görüş təmsilçimizin inamlı qələbəsi ilə başa çatıb - 3:0.
Bununla da Qurban Qurbanovun komandası Avroliqanın qrup mərhələsinə yüksəlib. "Qarabağ" ümumilikdə arıdıcıl 7-ci ildir ki, avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanır. Ağdam təmsilçisi bunadək 1 dəfə Çempionlar Liqasının, 5 dəfə isə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.
Qeyd edək ki, qrup mərhələsinin püşkü sabah atılacaq.
"Legiya" (Polşa) - "Qarabağ" (Azərbaycan) - 0:3
Qollar: Patrik Andrade, 50, Abdullah Zubir, 62, Filip Ozobiç, 69
Baş hakim: Tobias Ştiler (Almaniya)