İDMAN

30 Sentyabr

FİFA Azərbaycana başsağlığı verdi

FİFA azyaşlı futbolçu Şəhriyar Qurbanovun həlak olmasına görə AFFA-ya başsağlığı məktubu göndərib.

Fins.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Məktubda bunların yazıldığı bildirilib:

“Şəhriyar Qurbanov xatirəsinə
Bu məktubla azyaşlı futbolçu Şəhriyar Qurbanovun bu yaxınlarda dünyasını dəyişməsi ilə bağlı səmimi və dərin hüznlə başsağlığımızı ifadə etmək istərdik.
Şəhriyarın ailəsinə, Naftalan futbol klubundakı komanda yoldaşlarına, dostlarına və sevdiklərinə dərin hüznümüzü çatdırır, bu çətin zamanda sözlərimizin sülh və təsəlli verəcəyinə ümid edirik”.