İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç özünü "Benjamin Battonun maraqlı hekayəsi" filminin qəhrəmanı ilə müqayisə edib.
Fins.az-ın məlumatına görə, 39 yaşlı hücumçu A Seriyasının II turunda "Bolonya"nı 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra "Twitter"də paylaşım edib. O, fotosuna "Benjamin Batton" yazıb.
Qeyd edək ki, "Milan"ın heyətində hər iki qolu Zlatan İbrahimoviç vurub. "Benjamin Battonun maraqlı hekayəsi" filmi 80 yaşında anadan olub, daha sonra cavanlaşmağa başlayan insandan bəhs edir.