İDMAN

22 Sentyabr

Ronaldunun adı futbol akademiyasına verildi

Sporting sabiq futbolçusu Kriştiano Ronaldonun adını əbədiləşdirib.

Fins.az xəbər verir ki, hazırda Juventus-da çıxış edən 35 yaşlı hücumçunun adı Lissabon təmsilçisinin akademiyasına verilib.

Klubun yaydığı məlumatda bildirilib: "Oğul doğma evi təcəssüm etdirir. İndi Sporting-in akademiyası bütün zamanlarda Portuqaliya futbolunun ən yaxşısı, 5 dəfə "Qızıl top" mükafatına layiq görülmüş dünyanın ən güclü futbolçusunun adını daşıyır. Akademiya klubun ən böyük məzununun adını əbədiləşdirəcək və bu, bütün gənc istedadlar üçün ilham olacaq".

Qeyd edək ki, Kriştiano Ronaldo Sporting-ə 1997-ci ildə 12 yaşında qoşulub. O, 2002-ci ildə 17 yaşı olarkən əsas komandada debüt edib.