İDMAN

21 Sentyabr

Millimizin üzvü Almaniya çempionu oldu

Şahmat üzrə Azərbaycan millisinin üzvü Arkadi Naydiç Almaniya çempionu olub. 

Fins.az-ın məlumatına görə, 35 yaşlı qrossmeyster buna "OSG Baden-Baden" komandasının heyətində yiyələnib. Naydiçin komandası sonuncu - 7-ci turda heyətində Şəhriyar Məmmədyarovun da yer aldığı "Vernhaym"ı üstələyib - 4.5:3.5.

Məmmədyarov son görüşdə ABŞ-ın tanınmış şahmatçısı Fabiano Karuana ilə heç-heçə edib - 0,5:0,5. Naydiç isə latviyalı İqor Kovalenkoya qalib gəlib - 1:0. 

Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran "OSG Baden-Baden" çempionatda maksimum nəticə ilə qalib olub. Rəqibindən 2 xal az toplayan "Vernhaym" gümüş medal qazanıb.