Argentinalı hücumçu Qonsalo İquain Turinin "Yuventus" futbol klubundan ayrılıb.
Fins.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib.
Qeyd edilir ki, 32 yaşlı hücumçu ilə müqavilə hər iki tərəfin razılığı ilə pozulub.
O, karyerasına Argentinanın "River Pleyt" klubunda başlayıb.